Çinnin çip istehsalçısı "Moore Threads" şirkətinin səhminin qiyməti, investorlara səhm satışından (IPO) sonra ilk ticarət günündə 502% artıb.
Marja xəbər verir ki, "Moore Threads Technology Co.", ilin ikinci ən böyük səhm satışında 8 milyard yuan (1,13 milyard dollar) topladıqdan sonra Şanxaydakı ilk ticarət günündə sürətli yüksəliş yaşayıb.
Çinin "Nvidia"sı” kimi tanınan "Moore Threads"in səhm qiymətləri ilk ticarət günündə 502% artıb. Bloomberg-in topladığı məlumatlara görə, artım davam edərsə, bu səhm satışı Çinin 2019-cu il səhm satış islahatlarından bəri 1 milyard dolları aşan bir IPO üçün ilk gündəki ən böyük yüksəliş olacaq.
"Moore Threads"in səhm satışı, ABŞ ilə ticarət gərginlikləri və texnologiya məhdudiyyətlərinə dair qorxuların artdığı dövrdə, Çinin texnologiya sahəsində öz-özünə yetərlilik səylərinə dair artan optimizmlə paralel baş verib. Səhmdəki bu bahalaşma güclü investor marağına işarə edir.
"Moore Threads", 2020-ci ildə "Nvidia"nın sabiq rəhbəri Zhang Jianzhong tərəfindən təsis edilmişdir. 2023-cü ilin oktyabrında ABŞ Ticarət Nazirliyinin şirkəti hüquqi şəxs siyahısına əlavə etməsi və əsas texnologiyalara girişini məhdudlaşdırması şirkətdə ixtisarlara və yenidənqurmaya səbəb olmuşdu.