AZ

Azərbaycan-Gürcüstan Media Forumu hər iki ölkənin media gündəliyinin əsas istiqamətlərini təqdim edən mühüm platformadır - Şöbə müdiri

Bakı. Trend:

İctimai informasiyanın düzgün şəkildə çatdırılmasında medianınrolu və informasiya təhlükəsizliyi mövzusunda təşkil olunanAzərbaycan–Gürcüstan Media Forumunda Gürcüstandan 40-dan çox medianümayəndəsi və ekspert iştirak edir.

Trend xəbərverir ki, bunu bu gün Medianın İnkişafı Agentliyinin Kommunikasiyaşöbəsinin müdiri Səidə Şəfiyeva Azərbaycan-Gürcüstan Media Forumuçərçivəsində jurnalistlərə açıqlamasında deyib.

S.Şəfiyev bildirib ki, informasiya təhlükəsizliyiningücləndirilməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi, mediasahəsində qurumlararası koordinasiyanın artırılması və qarşılıqlıtəcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunanAzərbaycan–Gürcüstan Media Forumu hər iki ölkənin mediagündəliyinin əsas istiqamətlərini təqdim edən mühümplatformadır.

Şöbə müdiri əlavə edib ki, Azərbaycan və Gürcüstan arasındaformalaşan tərəfdaşlığın, ortaq regional yanaşmaların inkişafetdirilməsi baxımından Forum xüsusi əhəmiyyətə malikdir.

Seçilən
66
1
az.trend.az

2Mənbələr