AZ

Hərbi xidmətə çağırılan dövlət qulluqçularına müavinət ödəniləcək

Bakı. Trend:

Hərbi xidmətə çağırılan dövlət qulluqçuları üçün müavinət vəimtiyazlar müəyyənləşdiriləcək.

Trend-inməlumatına görə, bu məsələ bu gün Milli Məclisinin Hüquq siyasətivə dövlət quruculuğu və
Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunan “Dövlətqulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.

Layihəyə əsasən, dövlət qulluqçusu müddətli həqiqi hərbi və yaalternativ xidmətə çağırıldıqda dövlət qulluğuna xitam veriləbilər.

Bu halda dövlət qulluqçusuna orta aylıq dövlət məvacibinin üçmisli miqdarında müavinət ödəniləcək.

Dövlət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbixidmətə çağırılanadək müvafiq dövlət orqanında qulluq keçmişşəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günükeçənədək əvvəlki vəzifəsini tutmaq üçün müraciət etdikdə həminorqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.

Müddətli həqiqi hərbi xidmətə çağırılmazdan bilavasitə əvvəldövlət qulluğu vəzifəsində qulluq keçmiş və ehtiyata buraxıldıqdanbilavasitə sonra yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmişdövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqlarımüddət onların qulluq stajı hesablanarkən nəzərə alınacaq.

Məqalədə:
Seçilən
52
33
az.trend.az

10Mənbələr