Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyanın bu yaxınlarda Ermənistan İstintaq Komitəsinə çağırılması arxiyepiskop Baqrat Qalstanyanın ona hədiyyə etdiyi avtomobillə bağlı olub.
Publika.az xəbər verir ki, bu barədə “Armlur” məlumat yayıb.
Nəşrin yazdığına görə, müstəntiqlər hazırda “dövlət çevrilişi işi” ilə bağlı həbsdə olan yepiskopun niyə 2024-cü ilin iyununda öz avtomobilini ona verdiyi ilə maraqlanıblar.