AZ

Putin SSRİ nin dağılmasında kimi günahlandırır?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin “India Today” televiziya kanalına verdiyi müsahibədə SSRİ-nin dağılmasında günahkar axtarmağın mənasız olduğunu deyib.

“Cebheinfo.az”-ın məlumatına görə, Putin bu sistemin özünün yaşaya bilməyəcəyini deyib:“Mən kimisə ya ümumiyyətlə, ya da az-çox günahlandırmaq istəməzdim. Ümumilikdə sistem özünü doğrultmayıb”.

Putin Sovet İttifaqının dağılmasının səbəbləri ilə bağlı sualı cavablandırarkən deyib: “Biz bunu qəbul etməli və bu barədə düşünməliyik”.

Rusiya Prezidenti konkret günahkarları axtarmamağın, yalnız özünü müdafiə etməklə yanaşı, həm də inkişaf etdirə bilən yeni bir sistemin yaradılmasına diqqət yetirməyin vacibliyini qeyd edib. Vladimir Putinin sözlərinə görə, belə bir sistem özünü təmin edən, muxtar və effektiv olmalıdır.

Xatırladaq ki, oktyabr ayında Vladimir Putin SSRİ-nin dağılmasının o dövrdə ölkə rəhbərliyinin mövqeyi ilə əlaqəli olduğunu bildirib. Onun sözlərinə görə, hakimiyyət Qərb ölkələri ilə ideoloji qarşıdurmadan xilas olmağa çalışırdı.

Müşfiq Abdulla

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
1
cebheinfo.az

2Mənbələr