ABŞ prezidenti Donald Tramp Qəzza zolağının nizamlanması planının ikinci mərhələsini elan etməyə və anklav üçün yeni idarəetmə strukturunu təqdim etməyə hazırlaşır.
"Unikal" xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
“İki ABŞ rəsmisinin və prosesdə birbaşa iştirak edən Qərb mənbəsinin bildirdiyinə görə, prezident Tramp Milad bayramına kimi Qəzza sülh prosesinin ikinci fazaya keçdiyini elan etməyi və anklav üçün yeni idarəetmə strukturunu təqdim etməyi planlaşdırır”, - hesabatda deyilir.
Qeyd olunur ki, sazişin birinci mərhələsinin əsas elementlərindən biri - diri və öldürülmüş bütün girovların terrorçular tərəfindən azad edilməsi praktiki olaraq başa çatıb.
İsrail nümayəndə heyəti Qəzza zolağında olan sonuncu girov Ran Qvilinin cəsədinin qaytarılması məsələsini müzakirə etmək üçün cümə axşamı Qətər və Misir vasitəçiləri ilə görüşüb.