AZ

İsrailə Avroviziya müsabiqəsində iştirak icazəsi verildi - 5 ölkə yarışmadan çəkildi

Avropa Yayın Birliyinin (EBU) İsveçrənin Cenevrə şəhərində keçirilən 95-ci Baş Assambleyasında İsrailin 2026 Avroviziya Mahnı Müsabiqəsində iştirakına icazə verildikdən sonra bir neçə ölkə yarışmadan çəkildiyini açıqladı.


Manset.az-ın məlumatına görə, EBU bildirib ki, üzvlər müsabiqənin səsvermə sistemində nəzərdə tutulan yenilikləri təsdiqləyib və yeni qaydalara əməl edəcək bütün EBU üzvləri 2026-cı il Avroviziyada iştirak hüququ qazanır. Toplantıda növbəti il üçün iştirakla bağlı ayrıca səsvermə keçirilməyib və üzvlərin əksəriyyəti yarışmanın əlavə təhlükəsizlik tədbirləri ilə planlandığı kimi davam etməsinə razılıq verib. Ölkələrin yekun iştirak siyahısı isə Milad bayramından əvvəl açıqlanacaq.

İspaniyanın dövlət yayımçısı RTVE, İsrail yarışmaya qəbul edilərsə, Avroviziyadan çəkiləcəyini əvvəlcədən bildirmişdi. İsrailə icazə verildikdən sonra RTVE yarışmadan rəsmi olaraq çəkildiyini açıqladı.

Belçika da müsabiqəyə qatılmayacağını bildirib, lakin yarışmanı yayımlayacağını qeyd edib. Bununla belə, Belçikanın Avroviziyada təmsil olunub-olunmayacağına RTBF yaxın günlərdə qərar verəcək.

İrlandiyanın RTE yayımçısı da gələn il Avroviziyada iştirak etməyəcəyini rəsmən elan edib.

Seçilən
53
manset.az

1Mənbələr