AZ

Azərbaycan karbonsuzlaşdırma üzrə regionun liderinə çevrilir - AİB

Bakı. Trend:

Azərbaycan karbonsuzlaşdırma üzrə regionun liderinəçevrilməkdədir.

Trend xəbər verirki, bunu bu gün AİB-in heyət rəhbəri və enerji məsələləri üzrəmütəxəssisi Kanqbin Çjen (Kangbin Zheng) AİB və Azərbaycan DəmirYolları (ADY) QSC çərçivəsində karbonsuzlaşdırma üzrə layihəninBakıdakı təqdimatında etdiyi çıxışda deyib.

“Azərbaycanda karbonsuzlaşdırma üçün əlverişli biznes mühitiartıq bu gün yaradılıb. Burada hüquqi baza, siyasi zəmanətlər,fiskal stimullar, alqı-satqı mexanizmləri, bazara çıxış, həmçininmaliyyə və müqavilə qorunması nəzərdə tutulur. Regiondakı digərölkələrlə müqayisədə, deyə bilərik ki, Azərbaycan hazırda liderliyədoğru addımlayır," – deyə o vurğulayıb.

Kanqbin Çjen qeyd edib ki, ADY karbonsuzlaşdırma sahəsinə güclüsadiqlik nümayiş etdirir və səmərəli tədbirlər həyata keçirir. ADYartıq müxtəlif metodları sınaqdan keçirib: günəş enerjisindənistifadə, elektrikləşdirmənin yenilənməsi və genişləndirilməsi iləenerji səmərəliliyinin artırılması. 2024-cü il üçün davamlı inkişafhesabatının dərc olunması ADY-nin fəaliyyəti və ilkin nəticələrinigöstərmək üçün möhkəm əsas yaradıb.

“İndi bizim vəzifəmiz ADY-nin artıq əldə etdiyi nailiyyətləridaha da inkişaf etdirmək və prosesi sürətləndirməkdir. Buradaməqsəd, artıq yaxşı həyata keçirilmiş işləri qiymətləndirmək, digərölkələrdə nələrdən öyrənə biləcəyimizi müəyyən etmək və bununövbəti beş il ərzində genişləndirməkdir," – deyə o əlavə edib.

AİB nümayəndəsinin sözlərinə görə, ADY-nin əsasistiqamətlərindən biri yük və sərnişin daşımalarınınartırılmasıdır.

Seçilən
106
1
az.trend.az

2Mənbələr