AZ

Cəmiyyətin hər bir fərdi media anlayışını, medianın doğura biləcəyi təhdidləri və təsirləri anlamalıdır - Vüqar Zifəroğlu

Bakı. Trend:

Media savadlığı məsələsi terror qruplarının yaratdığı təhdidlərfonunda bu gün üçün aktual mövzulardan biridir.

Trend xəbərverir ki, bunu bu gün Bakı Dövlət Universitetinin Jurnalistikafakültəsinin dekanı Vüqar Zifəroğlu Azərbaycan-Gürcüstan MediaForumu çərçivəsində “Jurnalistlərin peşəkarlığının və cəmiyyətinmedia savadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzusunahəsr olunan panel sessiyada çıxışı zamanı deyib.

Dekan bildirib ki, bu, təkcə Azərbaycan üçün deyil, bir çoxdigər ölkələr üçün də vacibdir: “Çünki texnologiyaların inkişafıilə yaranan yeni çağırışlar cəmiyyətdə mediaya dair müəyyən bilikvə bacarıqların olmasını zəruri edir. Bu mənada media savadlığı ilksırada dayanır.

Media savadlığı elə bir sahədir ki, yalnız jurnalistikafakültələrinin tələbələri üçün məhdudlaşa bilməz. Jurnalistlərinformasiya savadlığı üzrə dörd illik təhsil alaraq informasiya iləişləməyin spesifik prinsiplərini, media–cəmiyyət əlaqələrinin necəqurulduğunu, peşə normalarını və standartları öyrənirlər. Lakinmedia savadlığı bütövlükdə cəmiyyətə xitab edən bir anlayışdır —21-ci əsrin hər bir insanı media savadlı olmalıdır. Çünki bizimgündəlik istifadə etdiyimiz smartfon belə bir media vasitəsi hesaboluna bilər”.

V.Zifəroğlu vurğulayıb ki, media çoxşaxəli bir anlayışdır vətəkcə kütləvi informasiya vasitələri ilə məhdudlaşmır: “Sosialmediada yaranan informasiya təhlükələri bunun bariz nümunəsidir. Busəbəbdən cəmiyyətin hər bir fərdi media anlayışını, medianın doğurabiləcəyi təhdidləri və təsirləri anlamalıdır ki, həmin təsirlərə yaməruz qalmasın, ya da minimum dərəcədə məruz qalsın”.

BDU-nun nümayəndəsi xatırladıb ki, 2020-ci ildə Elm və TəhsilNazirliyinin təsdiqlədiyi tədris proqramına əsasən, jurnalistikafakültələrində media savadlığı fənni bir semestr tədris olunur.Lakin bu proses yalnız universitetlə məhdudlaşmalı deyil:

“Türkiyədə olduğu kimi, media savadlığının orta məktəbsəviyyəsində tədrisə daxil edilməsi vacibdir. Orta məktəblərdə birsıra fənlərə media savadlığı elementlərinin inteqrasiyasımümkündür. Media savadlığı elə bir sahədir ki, bir dəfə öyrənməkləbitmir, davamlı şəkildə inkişaf etdirilməli, yeni yenilənəninformasiya mühitinə uyğunlaşdırılmalıdır. Bu proses orta məktəbdənbaşlayıb, ali təhsil səviyyəsində davam etməli, daha sonra isəcəmiyyət üçün açıq maarifləndirici proqramlarlamöhkəmləndirilməlidir”.

V.Zifəroğlu sonda əlavə edib ki, süni intellektin cəmiyyət üçünnəyi ehtiva etməsi ilə bağlı hələ də müxtəlif yanaşmalarmövcuddur.

“Eyni zamanda, beynəlxalq platformalarda — məsələn, 2022-ci ildəİstanbulda keçirilən media forumunda “Metaverse”, jurnalistika vəyeni media mühitinin inkişaf istiqamətləri geniş şəkildə müzakirəolunurdu. Bu proseslər göstərir ki, media savadlığı yalnızinformasiya qəbulu deyil, həm də gələcək texnoloji tendensiyalarahazırlıqlı olmağı tələb edir.

Bu baxımdan, media savadlığının genişləndirilməsi, formal vəqeyri-formal təhsili əhatə edən geniş miqyaslı proqramınhazırlanması və sistemli maarifləndirmə işlərinin aparılmasıolduqca vacibdir”, - deyə o fikrini tamamlayıb.

Qeyd edək ki, bu gün Bakıda “İctimai etimadınformalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi”mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir.

Forum çərçivəsində birinci panel sessiya “İnformasiyatəhlükəsizliyinin təmini məqsədilə media ekosisteminingücləndirilməsi” mövzusuna həsr olunub.

“Jurnalistlərin peşəkarlığının və cəmiyyətin mediasavadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzusunda ikincipanel sessiyaya keçirilməsi də nəzərdə tutulur.

Seçilən
80
2
az.trend.az

3Mənbələr