ain.az bildirir, Azpolitika.az portalına istinadən.
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqında gözlənilməz dönüş yaşanıb.
“AzPolitika” Türkiyə mətbuatına istinadla bildirir ki, dünən hakimin qərarı ilə həbsdə olub iddianaməyə düşməyən 19 nəfərin azad edilməsinə qərar verilmişdi. Onların bu gün səhər saatlarında həbsxanada çıxması gözlənilirdi.
Lakin səhər saatlarında 7-si Silivridən çıxmaq üzrə olan ümumilikdə 11 nəfər barəsində yenidən gözaltı qərarı verilib. Qərarın səbəbi açıqlanmayıb.
Həbsdə saxlanılmasına qərar verilən şəxslərə gəlincə, Türkiyə mediası yazır ki, onlar Çağatay Takaoğlu, Engin Gönül, Onur Gülin, Bulut Aydöner, Doğukan Arıcı, İlkay Onok, Savaş Can, Fikri Murat Demir, Faruk Ceyhan, Arzu Can və Burak Arslandır.
Keçən həftə tamamlanan iddianaməyə daxil edilməyən 21 nəfərdən 19-u dünən məhkəmə tərəfindən azad edilmişdi. Onlar arasında İBB-yə bağlı qurumların əməkdaşları, CHP funksionerlərinin yaxınları və iş adamları da vardı.
Hakimlik, İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun sürücüləri Recep Cebeci və Zekai Kırat barəsində həbsin davamına qərar verib.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.