AZ

Lyoris MLS klubu ilə anlaşdı

Fransalı qapıçı Uqo Lyoris karyerasını MLS liqasında davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, təcrübəli qolkiper "Los Anceles"lə müqaviləsinin müddətini uzadıb. 

Kaliforniya klubunun mətbuat xidmətinin məlumatına görə, tərəflər arasında yeni anlaşma 2026-cı ilin sonuna kimi, daha bir mövsüm uzadılması ehtimalı ilə nəzərdə tutulub. 

Xatırladaq ki, Lyoris Amerika komandasının sıralarına 2024-cü ilin qışında qoşulub. 

Lyoris mövsüm ərzində 35 oyun keçirib və 38 qol buraxıb. 

"Los Anceles" bu mövsüm MLS-də pley-off mərhələsinin 1/4 final mərhələsinə yüksəlib və burada "Vankuver"ə uduzub. 

Seçilən
37
1
fanat.az

2Mənbələr