AZ

Yunanıstanda güclü fırtına nəticəsində məktəblər bağlanıb, nəqliyyatın hərəkəti pozulub

Bakı, 5 dekabr, AZƏRTAC

Güclü “Bayron” fırtınası Yunanıstanın böyük bir hissəsində kommunal xidmətlərin işini pozub, məktəblərin kütləvi şəkildə bağlanmasına və nəqliyyatın hərəkətində ciddi gecikmələrə səbəb olub.

AZƏRTAC “Ekathimerini”yə istinadən xəbər verir ki, hakimiyyət orqanları sakinləri lazımsız səyahətlərdən çəkinməyə, zirzəmilər və birinci mərtəbələrdə olmamağa çağıraraq, 112 sistemi üzrə dəfələrlə təcili məlumatlar göndərib. Bir neçə ərazidə daşqınlar qeydə alınıb və bu da Afina-Korinf milli əhəmiyyətli avtomobil yolunun Elevsinadan Korinfə qədər bağlanmasına səbəb olub.

Yanğınsöndürmə xidməti bildirib ki, əməliyyat mərkəzinə əsasən su çəkmək və sürücülərə kömək etməklə bağlı 331 zəng daxil olub.

Milli Meteorologiya Xidməti (EMY) səhər saatlarında bir çox ərazidə güclü yağışların davam edəcəyini proqnozlaşdırır.

Seçilən
106
1
azertag.az

2Mənbələr