AZ

Professor: Beynəlxalq sənədlər də təsdiq edir ki, azərbaycanlıların Qərbi Azərbaycana qayıtmaq hüququ var

Bakı, 5 dekabr, AZƏRTAC

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası müasir dövrdə Azərbaycanın prioritet istiqamətlərindən biridir. Bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasında ziyalılarla görüşündə bir daha vurğuladı ki, Qərbi azərbaycanlıların Ermənistana qayıdışı nə erməniləri, nə də Ermənistanı narahat etməməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Qərbi Azərbaycan İcması Ziyalılar Şurası sədrinin müavini Fərrux Rüstəmov söyləyib.

O bildirib ki, azərbaycanlıların öz ata-baba yurdlarına, tarixi torpaqlarına qayıtmaları sülhə böyük töhfə verə bilər. Bu qayıdış sülh şəraitində, təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməlidir. Hazırda Azərbaycanın ziyalıları və elmi-siyasi elitası qarşısında duran əsas vəzifələrdən biri bu məsələnin beynəlxalq müstəviyə çıxarılmasıdır.

"Qərbi Azərbaycan İcması tərəfindən Birləşmiş Millətlər Təşkilatında bu mövzuda 10-dan çox sənəd yayılıb. Lakin bununla yanaşı, müxtəlif vaxtlarda keçirilən konfranslar da məsələnin beynəlxalq diqqətə çatdırılmasında mühüm rol oynayır.

Bugünkü konfransda əsas məqsəd də elə budur. Beynəlxalq ictimaiyyət başa düşməlidir ki, biz nə üçün həmin torpaqlara qayıtmaq istəyirik. Bütün beynəlxalq sənədlər də təsdiq edir ki, azərbaycanlıların o torpaqlara qayıtmaq hüququ var və bu hüququn təmin olunması beynəlxalq öhdəliklər çərçivəsində dəstəklənməlidir”, - deyə professor vurğulayıb.

Seçilən
46
azertag.az

1Mənbələr