AZ

Byelsanın aqibəti məlum oldu

Marselo Byelsanın Uruqvay yığmasındakı aqibəti məlum olub.

"Football-plus.az" xəbər verir ki, Uruqvay Futbol Assosiasiyasının prezidenti İqnasio Alonso onun milli komandanı bundan sonra da çalışdıracağını bəyan edib. 70 yaşlı argentinalı yığmaya 2023-cü ilin mayında təyinat alıb. Uruqvay onun rəhbərliyi altında keçirdiyi 31 oyunda 16 qələbə qazanıb, 8 dəfə heç-heçə edib və 7 dəfə uduzub.

Prezident Alonso argentinalı baş məşqçi ilə bağlı belə deyib:
“Baş məşqçi bizimlə qalır. Byelsa ilə sonuncu görüşümüz çox məhsuldar alındı. Biz hamının dünya çempionatına hazırlıq prosesində rahat olması üçün birgə işin yaxşılaşdırılması istiqamətində müzakirələr apardıq. Belə görüşdən sonra heç kimin gəmini tərk etmək istəməməsi və istefa tələbi ilə çıxış etməməsi vacibdi. Biz komandanın mundialdan əvvəl qənaətbəxş formada olması üçün köklənmişik”.
Seçilən
132
football-plus.az

1Mənbələr