AZ

          Göygöldə Rumıniyanın Milli Günü qeyd edilmişdir  

Göygöl rayonunda Rumıniyanın Milli Günü ilə bağlı tədbir keçirilib. Tədbir Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soarenin Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlamışdır. 

Sonra Göygöl Rayon İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə folklor gecəsi təqdim olunmuşdur. Rumıniyanın Fokşani şəhərinin ”Tara Vrancei” peşəkar folklor ansamblının ifasında rumın rəqsləri, milli musiqiləri və ənənəvi geyimləri maraqla qarşılanmışdır. 

Tədbirdə çıxış edən Vüqar Novruzov Rumıniyadan olan ansamblın Göygöldə çıxışının multikultural dəyərlərin möhkəmlənməsinə xidmət etdiyini vurğulamışdır. Bu kimi tədbirlərin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcəyini deyən V.Novruzov Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu, ötən dövrlər ərzində iki ölkə arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirmişdir. 

Səfir Vasile Soare çıxışında Rumıniya-Azərbaycan dostluq əlaqələrinə toxunaraq mədəni əməkdaşlığın xalqları daha da yaxınlaşdırdığını söyləmişdir. Səfir göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirmişdir.   

Sabir ƏLİYEV,

“Azərbaycan”

Seçilən
131
azerbaijan-news.az

1Mənbələr