AZ

AİB Azərbaycan Dəmir Yollarının karbonsuzlaşdırılması layihəsi üzrə ilkin hesabat təqdim edəcək

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) dekabr ayında karbonsuzlaşdırmalayihəsi üzrə Azərbaycan Dəmir Yollarına ilkin hesabat təqdimedəcək.

Trend xəbər verirki, bunu bu gün AİB-in heyət rəhbəri və enerji məsələləri üzrəmütəxəssisi Kanqbin Çjen (Kangbin Zheng) AİB və Azərbaycan DəmirYolları (ADY) QSC çərçivəsində karbonsuzlaşdırma üzrə layihəninBakıdakı təqdimatında etdiyi çıxışda deyib.

Onun sözlərinə görə, hesabatda mühəndis layihələndirməsi üçüntexniki əsaslar təmin olunacaq, şəbəkəyə inteqrasiya variantlarınəzərdən keçiriləcək və həyata keçirilmə parametrlərimüəyyənləşdiriləcək.

“AİB-in giriş missiyası çərçivəsində sahə müşahidələrininaparılması, obyektlərin təşftişi , həmçinin depo, yarımstansiyalar,stansiyalar, yük meydançaları, logistika mərkəzləri və şəbəkəqoşulma nöqtələrinə baş çəkməklə əməliyyat məlumatlarınıntoplanılması planlaşdırılır”, - deyə o bildirib.

Kanqbin Çjen qeyd edib ki, dəmir yolu nəqliyyat sektorunun əsasvə vacib elementlərindən biridir və milli iqlim öhdəliklərininyerinə yetirilməsinə töhfə vermək potensialına malikdir.

“İş yalnız ADY-nin korporativ sərhədləri ilə məhdudlaşmayacaq.Biz həmçinin proqram yanaşması ilə hərəkət etmək - artıq yetkin,sınaqdan çıxmış texnologiyaları tətbiq etmək və onları Azərbaycanınreallıqlarına uyğunlaşdırmaq istəyirik”, - deyə o bildirib.

Məqalədə:
Seçilən
109
az.trend.az

1Mənbələr