ABŞ-ın Türkiyədəki səfiri Tom Barak maraqlı açıqlama ilə çıxış edib.
Tribunainfo.az xəbər verir ki, o, Tramp administrasiyasının Yunanıstan və Türkiyə arasında “körpü” rolunu oynamaq niyyətində olduğunu bildirib.
Barak regionda “siyasi müdaxilənin aradan qaldırılması”nın vacib olduğunu bildirib. Həmçinin qeyd edib ki, Xəzərdən Aralıq dənizinə formulu üzərində ciddi işləyirlər. “Bizim böyük yanacaq ehtiyatlarına malik Xəzər dənizimiz var. Həmin enerji resursları Yunanıstan və Türkiyədən keçərək Aralıq dənizinə axmalıdır”.
Fərda Uğur