AZ

Yüksək Liqa: 5-ci tura iki oyunla yekun vurulur

Bu gün qadın voleybolçlardan ibarət komandaların mübarizə apardığı Yüksək Liqada 5-ci tura yekun vurulacaq.

Fanat.Az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Hər iki görüşdə hələ xal qazana bilməyən autsayderlər meydan sahibi qismində çıxış edəcəklər. 16:00-da "Gənclər" "Gəncə"ni, 18:00-da isə "Abşeron" "Azərreyl"i qəbul edəcək.

Xal durumu: "Turan" - 12 xal, "DH Volley" - 11, UNEC - 8, Milli Aviasiya Akademiyası - 6, Azərreyl, Gəncə - 4, Murov Az Terminal - 3, Gənclər, Abşeron - 0.

Nihat

Seçilən
28
fanat.az

1Mənbələr