AZ

ABŞ Milli Təhlükəsizlik Strategiyasında Azərbaycana da yer verildi

BAKI, 5 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Milli Təhlükəsizlik Strategiyasını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Strategiyada regional münaqişələrin qarşısının alınması və sülhün təmin olunması ABŞ-nin prioritetləri kimi göstərilib:

"Prezident Donald Tramp özünü Sülh Prezidenti kimi təsdiqləyib. İlk dövründə tarixi "İbrahim sazişləri" reallaşdıran Tramp, ikinci dövründə səkkiz ay ərzində dünyanın səkkiz regionunda misilsiz sülh əldə edib. O, Kamboca və Tayland, Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan arasında sülhü təmin edib və Qazadakı müharibəni bitirərək bütün girovları ailələrinə qaytarıb".

Strategiyada vurğulanır ki, regional münaqişələrin qlobal müharibələrə çevrilmədən dayandırılması ABŞ maraqları üçün vacibdir.

Seçilən
27
1
teleqraf.com

2Mənbələr