AZ

Levandovski 4 klubun hədəfində

“Barselona”nın hücumçusu Robert Levandovski yayda klubdan ayrılmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı forvardla Səudiyyə Ərəbistanının dörd klubu – “Əl-Nəsr”, “Əl-Hilal”, “Əl-İttihad” və “Əl-Əhli” maraqlanır.

Polşalı hücumçunun “Barselona” ilə müqaviləsi mövsümün sonunda bitir və o, azad agent kimi komandadan ayrıla bilər.

Levandovski bu mövsüm 16 matçda 8 qol və 1 assistlə yadda qalıb.

Seçilən
151
1
idmanxeber.az

2Mənbələr