AZ

İşğaldan azad edilmiş ərazilərdə hidrometeoroloji və geoloji müşahidə şəbəkəsi yaradılıb

Şuşa. Trend:

İşğaldan azad edilmiş ərazilərdə hidrometeoroloji müşahidəşəbəkəsinin yaradılması çərçivəsində, yerüstü su ehtiyatlarınıqiymətləndirmək üçün 10 çayda 11 avtomat hidroloji stansiyaquraşdırılıb.

Trend-in bölgəmüxbirinin verdiyi məlumata görə, bunu bu gün Xankəndi şəhərindəkeçirilən Ekoloji məsələlər üzrə İşçi Qrupun iclasında ekologiya vətəbii sərvətlər nazirinin müavini, İşçi Qrupun rəhbəri VüqarKərimov bildirib.

Onun sözlərinə görə, bu ərazilərdə meteoroloji vəziyyətinöyrənilməsi məqsədilə 6 avtomat meteoroloji, 4 radioekoloji və 3aqrometeoroloji stansiya istifadəyə verilib.

"Zəngilan rayonu ərazisində Cahangirbəyli və Xurama qum-çınqılyataqları, Qubadlı rayonunda Muğanlı tikinti materiallarıyataqları, Ağdam rayonunun Xaçınçay qum-çınqıl yatağı və Qubadlırayonunun Muradxanlı qum-çınqıl yatağında aparılan geolojiqiymətləndirmə işləri başa çatdırılıb. Hazırda bu yataqlar müxtəliftikinti və yol infrastrukturlarının qurulmasında istifadəolunacaq", - Kərimov əlavə edib.

Seçilən
28
az.trend.az

1Mənbələr