AZ

Ukraynanın 100 mindən çox PUA-sı məhv edilib




Hərbi əməliyyatların başladığı vaxtdan etibarən indiyə qədər Ukrayna Silahlı Qüvvələrinin 100.000-dən çox PUA-sı məhv edilib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, təkcə 2025-ci ildə məhv edilən PUA-ların sayı 60.000-dən çox olub.

O cümlədən il ərzində Rusiya qoşunları Ukraynaya məxsus 18.000-dən çox xüsusi hərbi nəqliyyat vasitəsini məhv edib.

"Ukrayna Silahlı Qüvvələri Xüsusi Hərbi Əməliyyatın başlanğıcından bəri 668 təyyarə və 283 helikopter itirib",-deyə məlumatda qeyd edilib.

Cavid
Seçilən
37
1
newscenter.az

2Mənbələr