AZ

Türkiyədə mərc əməliyyatı- Saxlanılanlar arasında məşhur futbolçular var

Türkiyədə qanunsuz futbol mərcləri ilə bağlı keçirilən əməliyyatlarda peşəkar futbolçular və klub rəhbərləri də daxil olmaqla 46 şübhəli saxlanılıb.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə İstanbul Respublika Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, saxlanılanlar arasında "Fənərbağça"nın futbolçusu Mert Hakan Yandaş, "Qalatasaray"ın futbolçusu Metehan Baltacı, hakim Zorbay Küçük və futbol şərhçisi Ahmet Çakar da var.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
23
missiya.az

1Mənbələr