AZ

ABŞ maraqlarının başqa dövlətlər tərəfindən təhdid edilməsinə imkan verməyəcək

Bakı, 5 dekabr, AZƏRTAC

Vaşinqton digər ölkələrin ABŞ-ın milli maraqlarını təhdid edəcək qədər nüfuz qazanmasına imkan vermək niyyətində deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Evin dərc etdiyi ABŞ-ın yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında deyilir. “Birləşmiş Ştatlar heç bir ölkənin ABŞ-ın maraqlarını təhdid edəcək qədər güclənməsinə imkan verə bilməz. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla dominantlıq edən düşmənlərin meydana çıxmasının qarşısını almaq üçün qlobal və regional güc balansını qorumağa çalışacağıq”, - deyə sənəddə bildirilir.

ABŞ-ın yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında, həmçinin Vaşinqtonun qlobal hökmranlıq konsepsiyasından imtina etdiyi qeyd olunur. “Biz digər ölkələrin qlobal, hətta bəzi hallarda regional hökmranlığının qarşısını almalıyıq. Bu, bizim qan tökməli, hər bir böyük və orta gücün təsirini məhdudlaşdırmaq üçün vəsait sərf etməli olduğumuz mənasına gəlmir. Daha böyük, daha zəngin və daha güclü ölkələrin qeyri-mütənasib təsiri beynəlxalq münasibətlərin əbədi gerçəyidir. Bu reallıq bəzən ortaq maraqları təhdid edən ambisiyaları cilovlamaq üçün tərəfdaşlarla əməkdaşlığı tələb edir.

Seçilən
154
azertag.az

1Mənbələr