AZ

Azərbaycanlı alim Florida Elm, Mühəndislik və Tibb Akademiyasının üzvü seçilib (FOTO)

Bakı. Trend:

ABŞ-nin Orlando şəhərində keçirilən təntənəli mərasimdəazərbaycanlı alim Nazim Muradov Florida Elm, Mühəndislik və TibbAkademiyasına (Academy of Science, Engineering and Medicine ofFlorida - ASEMFL) üzv seçilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindənməlumat verilib.

Bu nüfuzlu ada layiq görülməsi onun uzun illər elmin, xüsusilədə təmiz enerji sahəsinin inkişafına verdiyi əvəzsiz töhfələrinyüksək qiymətləndirilməsinin daha bir sübutudur.

Mərkəzi Florida Universitetinin fəlsəfə doktoru və GünəşEnerjisi Araşdırmaları Mərkəzinin xüsusi layihələr üzrətədqiqatçısı Nazim Muradov ABŞ Milli İxtiraçılar Akademiyasının ilkazərbaycanlı üzvüdür. Alimin bu uğurları yüzlərlə elmi nəşrə və50-dən çox ABŞ patentində öz əksini tapan innovativ tədqiqatlaraəsaslanır. Nazim Muradovun ixtiralarının əksəriyyəti təcrübədəgeniş tətbiq olunur. NASA-dan olan həmkarları ilə birgə hazırladığıyeni hidrogen sensoru texnologiyası ABŞ-nin kosmik proqramlarındauğurla istifadə edilir. Bu kəşfi NASA ilin ən yaxşı kommersiyatexnologiyası kimi qiymətləndirib və nüfuzlu beynəlxalq“R&D100” mükafatına layiq görüb. Bu mükafat il ərzində 100 ənyaxşı texnoloji kəşfə görə verilir və “İxtiraçıların Oskarı”adlanır.

Qeyd edək ki, dünyanın məşhur elmi analitika platforması olanScholarGP-nin 2024-cü il üzrə “Yüksək Reytinqli Alimlər”siyahısının ilk sıralarında yer alan Nazim Muradov 2023-cü ildəAzərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilib.Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresininiştirakçısı olub.

Azərbaycanlı
Azərbaycanlı
Azərbaycanlı
Azərbaycanlı
Seçilən
61
az.trend.az

1Mənbələr