"Yeni Dehli və Moskva beynəlxalq məkanlarda terrorla mübarizə tədbirləri üzrə dialoqu davam etdirəcəklər".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Hindistanın baş naziri Narendra Modi deyib.
"Hindistan və Rusiya terrorizmlə mübarizədə çiyin-çiyinə dayanıb. İstər Pahalqamdakı terror aktı, istərsə də "Crocus City Hall"a hücum, bütün bu hadisələrin kökü birdir. Hindistan qəti şəkildə inanır ki, terrorizm insanlıq dəyərlərinə birbaşa hücumdur və ona qarşı mübarizədə qlobal birlik bizim ən böyük gücümüzdür" ,- o qeyd edib.
Modi əlavə edib ki, Hindistan və Rusiya BMT, G20, BRİKS, ŞƏT və digər forumlarda sıx əməkdaşlıq edir: "Biz bütün bu məkanlarda dialoqumuzu və əməkdaşlığımızı davam etdirəcəyik".