AZ

ABŞ Qərb yarımkürəsində “Monro” doktrinasına əməl etmək niyyətindədir

Bakı, 5 dekabr, AZƏRTAC

ABŞ Qərb yarımkürəsində təhlükəsizliyin əsas elementi kimi baxdığı “Monro” doktrinasının icrasını təmin etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Evin dərc etdiyi ABŞ-ın yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında deyilir. “Vaşinqton illər boyu davam edən etinasızlıqdan sonra Qərb yarımkürəsində Birləşmiş Ştatların üstünlüyünü təmin etmək, həmçinin regionun əsas coğrafi nöqtələrinə çıxış imkanı qazanmaq üçün “Monro” doktrinasının icrasını təmin edəcək”, - deyə sənəddə bildirilir.

Qeyd edək ki, 1823-cü ildə ABŞ Prezidenti Ceyms Monro tərəfindən formalaşdırılan doktrina regionda ABŞ-ın liderliyini gücləndirmək məqsədilə bəzi xalqların digərlərinin daxili işlərinə müdaxiləsinə haqq qazandırmaq üçün istifadə olunub.

 

Seçilən
56
azertag.az

1Mənbələr