AZ

Naməlum dronlar Zelenskinin təyyarəsini 2 saat müşayiət ediblər

Ajans.az İrlandiyanın The Journal nəşrinə istinadən xəbər verir ki, dronlar Dublinin şimal-şərq istiqamətindən havaya qalxaraq təxminən iki saat hava məkanında qalıb. Onlar Zelenskinin təyyarəsinin yaxınlığında uçub və daha sonra səfər ərəfəsində dənizdə gizli şəkildə yerləşdirilmiş İrlandiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin üzərində qısa müddət havada dövrə vurublar.

Nəşr yazır ki, dronların kim tərəfindən işə salındığı, kimlər tərəfindən idarə edildiyi və hazırda harada olduqları hələlik məlum deyil. İrlandiya hakimiyyəti dronların vurulmamasına qərar verib, çünki hərbi gəmidə bunun üçün uyğun silahlar olmayıb və patrul xidməti göstərən Hərbi Hava Qüvvələrinin təyyarələri də müdaxilə etməyib.

Seçilən
54
Ajans.az

1Mənbələr