AZ

Xətai Epidemiologiya Mərkəzində qanunsuz satınalmalar ortaya çıxdı

Xətai Epidemiologiya Mərkəzində qanunsuz satınalmalar ortaya çıxdı

Xətai Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin ehtiyacları üçün 222920 xərc maddəsi üzrə xidmətlərin və 221900 xərc maddəsi üzrə malların satınalınması üzrə 21.10.2025-ci ildə başladığı kotirovka sorğusuna 28.11.2025-ci ildə yekun vurulub.

AFN.az “Aktualinfo.net”ə istinadən xəbər verir ki, müsabiqənin qalibi “BOSLO AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 14.122 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının portalında 02.12.2025-ci dərc edilib.

Qeyd edək ki, Xətai Rayon Gigiyena və Epidemiologiya Mərkəzi Mərkəzin qalib seçdiyi MMC kotirovka sorğusu proseduru başlamazdan cəmi 35 gün əvvəl dövlət qeydiyyatına alınıb.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BOSLO AZ” (VÖEN: 1407375651) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.09.2025-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NƏSİMİ RAYONU, AZƏR ƏLİYEV, ev.9A, m.32, qanuni təmsilçisi kimi isə Balayev Səbuhi Gülhüseyn oğlu qeyd olunub.

Göründüyü kimi, Xətai Rayon Gigiyena və Epidemiologiya Mərkəzi satınalma prosuduru başlamazdan cəmi 35 gün əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə müqavilə bağlayıb.

“Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Təchizatçılara dair ümumi tələblər bunlardır: müvafiq lisenziya və icazələrə malik olmaq, son bir il ərzində əmək qanunvericiliyinə zidd hərəkətlərdə cərimə almamaq, və satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığa malik olmaq.

Xətai Rayon Gigiyena və Epidemiologiya Mərkəzi əvvəlki satınalmalarda da qanun pozuntularına yol verib. Məsələn:

19.05.2025-ci ildə “ŞAM BAKU 2024” MMC ilə 20.000 manat məbləğində müqavilə bağlanıb. MMC 02.12.2024-cü il tarixdə qeydiyyata alınıb və nizamnamə kapitalı cəmi 10 manatdır.

01.09.2025-ci ildə “FORRER STN” MMC ilə 6.999 manat məbləğində satınalma müqaviləsi bağlanıb. MMC 02.12.2024-cü il tarixdə qeydiyyata alınıb və nizamnamə kapitalı 10 manatdır.

Göründüyü kimi, Satınalma Komissiyası eyni gündə dövlət qeydiyyatına alınmış iki MMC ilə müqavilə bağlayıb ki, bu da kotirovka sorğusu prosedurlarında saxtakarlığa yol verilməsi ehtimalını artırır.

Qeyd edək ki, Xətai Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin satınalma müqaviləsi bağladığı MMC-lərin heç biri açıq mənbələrdə təcrübə və texniki baza haqqında məlumat təqdim etmir.

Onu da vurğulayaq ki, Xətai rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri Yasən Cabbarov 2023-cü ilin aprelindən bu vəzifədə çalışır.

Seçilən
33
afn.az

1Mənbələr