AZ

Putin Heydərabada gəldi: Modi ilə görüş

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Hindistanın Baş naziri Narendra Modi ilə Rusiya Prezidenti Vladimir Putin arasında aparılan danışıqlar başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vedamosti” məlumat yayıb.

Xəbərdə vurğulanır ki, görüş iki saatdan artıq davam edib.

Dehlidə yerləşən Heydərabad sarayında keçirilən görüşün sonunda tərəflər imzalanmış sənədləri qarşılıqlı olaraq təqdim ediblər.

Məlumata əsasən, qəbul edilən birgə bəyanatda siyasi, iqtisadi, energetika, təhlükəsizlik, nəqliyyat, təhsil və mədəniyyət sahələrində gələcək əməkdaşlıq nəzərdə tutulur.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
104
globalinfo.az

1Mənbələr