Gəncədə 78 yaşlı piyadanı avtobus vurub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Əli Məmmədov küçəsində baş verib. Belə ki, "Baku Bus"a məxsus 4 saylı xətt üzrə işləyən sərnişin avtobusu hərəkətdə olan zaman 1947-ci il təvəllüdlü M.Nəsrullayevanı vurub. Piyada xəstəxanaya çatdırılıb, hazırda yaşlı qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.