Honkonq qripi demək olar ki, dərhal ötürülür, xüsusilə yaşlılar və kiçik uşaqlar üçün təhlükəli ola bilər.
Medicina.az xəbər verir ki, həkim Aleksandr Pankovetskibu barədə xəbərdarlıq etdi.
"Honkonq qripi mövsümi A qripinin bir növüdür. İlk dəfə 1960-cı illərin sonlarında Honkonqda epidemiya qeydə alınıb. Hazırda mövsümi variant kimi aktivdir. Virus yeni deyil, yaxşı öyrənilib və peyvəndlərimiz hər il onun potensial dəyişikliklərini nəzərə alır”.
Pankovetskinin sözlərinə görə, ən çox görülən simptomlar 40 dərəcəyə qədər yüksək hərarət, şiddətli baş və əzələ ağrıları, üşütmə, boğaz ağrısı və şiddətli, davamlı quru öskürəkdir.
O, həmçinin bu xəstəliyi olan insanların, xüsusən də yaşlılarda və uşaqlarda ciddi ağırlaşmalar riskinin yüksək olması səbəbindən ayaq üstə durmamaları barədə xəbərdarlıq edib.
"Bu qrip çox yoluxucudur. O, tez yayılır - ictimai nəqliyyatda, ofisdə, izdihamın çox olduğu hər yerdə", - deyə mənbə Lenta.ru-ya bildirib.
"Rusiyada qrip hallarının pik həddi ənənəvi olaraq yanvar və fevral aylarında baş verir. Bayramlardan kütləvi şəkildə qayıtmaq və məktəblərin və uşaq bağçalarının yenidən açılması həmişə tənəffüs yoluxucu xəstəliklərin artmasına səbəb olur."
Aygün Musayeva