AZ

"Fitch" "Cənub Qaz Dəhlizi" QSC-nin 2029-cu ilə qədər kapital xərcləri ilə bağlı proqnozunu təqdim edib

Bakı. Trend:

“Cənub Qaz Dəhlizi” QSC-nin əsas kapital xərcləri 2025–2028-ciillər ərzində orta hesabla ildə 0,2 milyard dollar təşkiledəcək.

Trend bu barədə“Fitch Ratings”ə istinadən xəbər verir.

Reytinq agentliyi həmin dövr ərzində şirkətin qaz nəqli üzrəgəlirlərinin illik təxminən 1,5 milyard dollar səviyyəsində sabitqalacağını gözləyir.

“31 avqust 2025-ci ilə olan vəziyyətə görə, "Cənub Qaz Dəhlizi"QSC-nin 2,3 milyard dollar nağd vəsaiti və depozitləri, həmçinin“SOCAR Capital” ilə xəzinədarlıq sazişi çərçivəsində 1,5 milyarddollar vəsaiti var. 2 milyard dollarlıq avroistiqrazların ödənişi2026-cı ilin martında həyata keçirilir. Biz QSC-nin həmin ödənişimövcud vəsaitlər hesabına yerinə yetirəcəyini gözləyirik.2025–2028-ci illərdəki ödənişlərə bank kreditləri üzrə ildətəxminən 0,12 milyard dollar həcmində mülayim amortizasiyaödənişləri daxildir. Biz QSC-nin 2025–2028-ci illərdə dividendlərinödənilməsinədək müsbət sərbəst pul axını formalaşdıracağınıgözləyirik”, – deyə “Fitch”in hesabatında qeyd olunur.

Agentlik həmçinin vurğulayıb ki, QSC “Cənub Qaz Dəhlizi”ninborcuna 2 milyard dollarlıq avroistiqraz, həmçinin beynəlxalqmaliyyə institutları tərəfindən təqdim edilmiş və 2032–2046-cıillərdə ödənilməsi nəzərdə tutulan 1,5 milyard dollar həcmindəkreditlər daxildir. Bu qurumlara Avropa Yenidənqurma və İnkişafBankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, BeynəlxalqYenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı daxildir.

Məqalədə:
Seçilən
22
1
az.trend.az

2Mənbələr