İsrail prezidenti İshaq Hersoq Səudiyyə Ərəbistanı ilə sülh müqaviləsi imzalanmasını istəyir.
Newscenter.az TASS-a istinadən bildirir ki, o, bu fikirləri Amerikanın "Newsweek" jurnalına verdiyi müsahibədə bildirib.
"Mənim arzum, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla sülhü qeyd etmək olardı", - deyə Hersoq söyləyib.
İsrail prezidenti əlavə edib ki, Ər-Riyadla sülh həm şəxsən özü, həm də bütün region üçün mühüm hadisə olacaq. O, həmçinin qeyd edib ki, Yaxın Şərqin gələcəyi yəhudilər və müsəlmanlar arasında dialoqdadır.
Süleyman