AZ

"S&P" "AzərEnerji"nin 2027-ci ilə qədər gözlənilən gəlirləri ilə bağlı proqnoz verib

Bakı. Trend:

“S&P Global Ratings”in məlumatına görə, Azərbaycandaelektrik enerjisi tariflərinin son artımı “AzərEnerji” ASC-nin2025–2027-ci illərdə EBITDA (faizlər, vergilər, amortizasiya vəköhnəlmə çıxılmadan əldə olunan mənfəət) mənfəətinin formalaşmasınıdəstəkləyəcək.

Trend bu barədəagentliyə istinadən xəbər verir.

“Azərbaycanın Tarif Şurası 2025-ci il yanvarın 2-dən etibarənelektrik enerjisinin topdansatış tarifinin 1 kVt/saat üçün 0,066manatdan 0,075 manata qaldırılmasını təsdiqləyib. Tarifinyenilənməsinin istehlak həcmlərinin orta səviyyəli artımı iləbirlikdə EBITDA-nın sabit formalaşmasını təmin edəcəyinigözləyirik. Proqnozlaşdırılan EBITDA göstəricisi 2025-ci ildə540–560 milyon manat təşkil edir, 2026-cı ildə isə 580–600 milyonmanat olacaq. Müqayisə üçün bu rəqəm 2024-cü ildə 475,7 milyonmanat olub”, – deyə “S&P”nin hesabatında qeyd olunur.

Agentliyin ekspertləri bildirirlər ki, 2025-ci ilin iyunundakombinə edilmiş dövrəli yeni enerji blokunun (CCGT) istismaraverilməsi mövcud güclərə əlavə olaraq 1 280 MVt artım vəd edir.“S&P”nin məlumata görə, bu, şirkətin enerji istehsalısəmərələliyini yüksəldir.

“Hesab edirik ki, EBITDA marjası 2024-cü ildə təxminən 33%olduğu halda, 2026-cı ildə 35%-ə yüksələcək. Bu artım həmgenerasiya səmərəliliyinin yaxşılaşması, həm də tariflərinartırılması ilə bağlıdır”, – hesabatda vurğulanır.

Seçilən
156
az.trend.az

1Mənbələr