AZ

MKİ əməkdaşı: Kəşfiyyat qurumları smartfon və notbuk kameralarından insanları izləyir

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Con Kiriaku insanların smartfon və notbuklar vasitəsilə izlənmələrindən danışıb.

Oxu.Az xəbər verir ki, bu barədə o, "LADbible Stories" YouTube-kanalına açıqlama verib.

Tamaşaçı sualını cavablandıran sabiq MKİ analitiki C.Kiriaku bildirib ki, kəşfiyyat qurumları həqiqətən də, smartfonlar və notbuk kameralarının vasitəsilə insanları izləyir.

"Bu barədə danışmaq mənim üçün xoş deyil, amma... Onlar sizin Smart TV-nizi nəzarətə ala və televizor işləmədikdə belə dinamikdən mikrofon kimi istifadə edə bilərlər", - analitik deyib.

O xatırladıb ki, 2017-ci ildə texniki əməkdaşlardan biri MKİ məlumatlarının genişmiqyaslı sızmasını təşkil edib. Bu informasiyaya inansaq, ABŞ kəsfiyyatı istənilən elektron məlumatı əldə edə və istənilən sistemə qoşula bilir.

"Onlar uzaqdan avtomobilinizin içərisindəki kompüterə müdaxilə edə bilərlər. Nə üçün? Sizi körpüdən atılmağa, ağaca dəyməyə məcbur etmək üçün. Üstəlik, bunu elə edəcəklər ki, kənardan bədbəxt hadisədən seçilməyəcək", - C.Kiriaku vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
77
sherg.az

1Mənbələr