AZ

Bakı-Quba yolunda baş vermiş ağır QƏZANIN TƏFƏRRÜATI

Bakı-Quba-Rusiya sərhədi yolunun Quba rayonunun Vəlvələ kəndindən keçən hissəsində baş vermiş qəzanın bəzi təfərrüatları məlum olub.

Bizim.Media-nın əldə etdiyi nəlumata görə, Quba-Şabran marşrutu ilə işləyən sərnişin avtobusu "Ford" markalı yük maşını ilə toqquşub.

Nəticədə "Ford"un sürücüsü ağır xəsarət alıb və sürücü Quba rayon mərkəzi xəstəxanasına aparılarkən yolda keçinib.

Faktı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
76
2
bizim.media

3Mənbələr