Ermənistan məhkəməsi Eçmiədzin kilsə dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryanın həbsi barədə qərar verib.
Məlumatı "Sputnik Armeniya" "Telegram" kanalı yayıb.
Arxiyepiskop barəsində seçilmiş iki aylıq həbs qətimkan tədbiri müddətini istintaq təcridxanasında keçirəcək.
A.Xaçatryan dünən axşam saxlanılıb. O, 2018-ci ildə bütün ermənilərin katalikosu II Qareginə etiraz mitinqi zamanı fəallardan birinin çantasına narkotik atmaqda ittiham edilir.
Müdafiə tərəfi A.Xaçatryanın həbsini absurd adlandırır və bunu kilsəyə hücum kampaniyasının tərkib hissəsi hesab edir. Arxiyepiskopun vəkili Arsen Babayan məhkəmə aktını əldə edən kimi həbsdən şikayət verəcəyini bildirib.