AZ

Müdafiəçi "Barselona" ilə uzunmüddətli müqavilə bağladı - RƏSMİ

İspaniya nəhəngi "Barselona" müdafiəçisi Erik Qarsiya ilə müqavilə yeniləyib.

Fanat.Az xəbər verir ki, məlumatı Kataloniya klubunun rəsmi saytı yayıb.

24 yaşlı futbolçu müddəti 2031-ci ilin 30 iyun tarixinə qədər nəzərdə tutulan anlaşmaya imza atıb.

Qarsiya "Barselona"nın öz yetirməsidir. Cari mövsüm "blauqrana"nın forması ilə La Liqada 15 oyun keçirən arxa xətt oyunçusu 1 qolla yadda qalıb. O, Çempionlar Liqasında da 5 matça çıxıb.

Nihat 
 

Seçilən
3
fanat.az

1Mənbələr