AZ

Bakı Quba yolunda üç avtomobil toqquşdu, sürücülərdən biri öldü VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Bakı-Quba yolunun Quba rayonunun Vəlvələçay kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza dekabrın 5-də saat 09:50 radələrində Bakı-Quba yolunun 146.2-ci kilometrliyində qeydə alınıb: “Belə ki, 1998-ci il təvəllüdlü Əliyev Elgün Şahin oğlu idarə etdiyi 99-UV-358 dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən 1967-ci il təvəllüdlü Hüseynov Nəsir Meybulla oğlunun idarə etdiyi “Hyundai Super Aero City” markalı avtobus və 1981-ci il təvəllüdlü Abdulla Rövşən Arif oğlunun idarə etdiyi 77-NJ-497 dövlət nömrə nişanlı “Mercedes Axor” markalı yük maşınıyla toqquşub. Hadisə nəticəsində hər üç nəqliyyat vasitəsinə maddi ziyan dəyib. ‘Ford’un sürücüsü Elgün Əliyev ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.”

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
avtosfer.az

1Mənbələr