AZ

Bölgələrdə 900-dək işəgötürənin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən 14 rayon və şəhərdə (Bakı, Naxçıvan, Gəncə, Quba, Şamaxı, Sabirabad, Zaqatala, Mingəçevir, Sumqayıt, Tovuz, Şirvan, Masallı, Laçın, Bərdə) “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

QHT.az xəbər verir ki, qadınların nisbətən az təmsil olunduğu müəssisələr üzrə dövlət və qeyri-dövlət sektoru üzrə 900-dək işəgötürənin iştirakı ilə keçirilən tədbirlərdə əmək qanunvericiliyində son illərdə aparılan islahatlar, həmçinin qadınların məşğulluq imkanlarının artırılması üçün qanunvercilikdə edilmiş mütərəqqi dəyişikliklər diqqətə çatdırılıb.

Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında Azərbaycanda qadın əməyi ilə bağlı son illər aparılan islahatların nümunə kimi göstərildiyi vurğulanıb.

Habelə Əmək Məcəlləsi və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar barədə ətraflı məlumat verilib. Bundan əlavə, Dövlət Məşğulluq Agentliyinin işəgötürənlər üçün təqdim etdiyi xidmətlər iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri də mövzu üzrə fikirlərini bildiriblər.

Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatı haqqında da məlumat təqdim olunub. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Seçilən
56
2
qht.az

3Mənbələr