AZ

Salyanda 11 şagird tüstüdən zəhərlənib

Salyanın Yuxarı Noxudlu kəndində bir məktəbdə baş verən kütləvi zəhərlənmə hadisəsi nəticəsində 11 şagird və 2 texniki işçi xəstəxanaya yerləşdirilib. Bu barədə məlumatı “Report”un Aran bürosu yayıb.

İlkin versiyaya görə, zəhərlənməyə məktəbdə istifadə olunan odun sobasından ayrılan tüstü səbəb olub.

Zərərçəkənlər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
25
anews.az

1Mənbələr