AZ

Bakı-Qazax yolunda niyə yanyana eyni nişan qoyulub?- AÇIQLAMA

M2 indeksli Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunda eyni yol nişanları yanaşı şəkildə qoyulub.

Milli.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunda layihə çərçivəsində yeni yol nişanlarının quraşdırılması işləri aparılır:

"Bununla əlaqədar olaraq, sözügedən yol sahəsində mövcud köhnə yol nişanlarının mərhələli şəkildə sökülməsi təmin ediləcək".

Mina Mikayılova
Milli.Az

Seçilən
36
1
milli.az

2Mənbələr