AZ

NATO-nun daim genişlənən ittifaq kimi qəbul edilməsinə son qoyulmalıdır – ABŞ rəsmiləri

ABŞ rəsmiləri NATO-nun “daim genişlənən ittifaq” kimi qəbul edilməsini istəmirlər.

Bu barədə Ağ Ev tərəfindən dərc edilmiş yenilənmiş ABŞ Milli Təhlükəsizlik Strategiyasında deyilir. Qeyd olunur ki, “Avropaya qarşı daha geniş siyasətimiz prioritet olmalıdır… NATO-nun daim genişlənən ittifaq kimi qəbul edilməsinə son qoymaq və reallığının qarşısını almaq lazımdır”.

Yenilənmiş ABŞ Milli Təhlükəsizlik Strategiyasında qeyd olunur ki, bir neçə onillik ərzində bəzi NATO üzvləri, ehtimal ki, əsasən “qeyri-Avropa” əhalisi olan ölkələrdən ibarət olacaq. Sənəddə bildirilir ki, Rusiya-Ukrayna münaqişəsinin həlli ABŞ-ın əsas prioritetidir. ABŞ Avropa və Rusiya arasında silahlı münaqişə riskini azaltmağa sadiqdir.

//Samir Qurbanov, Editor.az

Seçilən
41
editor.az

1Mənbələr