Bakı. Trend:
Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə peletsobasının tıxanması tüstülənməyə səbəb olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Şirvan-Salyan RegionalTəhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi iləbağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısıalınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraqtəhlükəsiz yerə təxliyyə ediliblər. Tüstülənmə nəticəsində 10şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbiyardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzindəsaxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başverməsəbəbləri araşdırılır.