AZ

Avropa Birliyi “özünümüdafiə” üçün hazırlaşmağa başlayıb

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Avropa 2030-cu ilə qədər "qitəni özünümüdafiə üçün hazırlamaq" məqsədini qoyub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Avropa İttifaqı 2030-cu ilə qədər qitəni özünümüdafiə vəziyyətinə gətirməyi qarşısına məqsəd qoyub və bəyan edib ki, hava hücumundan müdafiə, pilotsuz uçuş aparatları, kibermüharibə, hərbi sursat və digər sahələrdəki boşluqları aradan qaldırmalıdır. Rəsmilər və analitiklər hətta bu müddətin iddialı olduğunu bildiriblər", - nəşr yazır.

Agentliyin yazdığı kimi, ABŞ prezidenti Donald Trampın administrasiyası davamlı olaraq Avropalı müttəfiqlərin NATO müttəfiqliyinə daha çox töhfə verməli olduğunu iddia edir, lakin prezidentin NATO məsələsində mövqeyinin nə olduğu həmişə aydın olmur.

Eyni zamanda, Avropa müdafiə xərclərini və NATO-nun müdafiə qabiliyyətinə töhfəsini artırmasa, ABŞ Avropanın müdafiə layihələrində iştirakını azaltmaqla hədələyib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
icma.az

1Mənbələr