AZ

Salyanda 10 şagird, 2 texniki işçi tüstüdən zəhərlənib

15:51Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.

Bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təhlükəsiz yerə təxliyə ediliblər.

Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.***15:44

Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.

Hadisə Salyan rayonunun Aşağı Noxudlu kənd orta məktəbində baş verib.

Məktəbi isitmək üçün istifadə olunan yanacaq növündən 20 nəfər şagirdin zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
36
22
anspress.com

10Mənbələr