AZ

Komitə sədrinə daha bir müşavir təyin edilib FOTO

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədova daha bir müşavir təyin edilib.

"Unikal"ın məlumatına görə, bu vəzifəyə Araz Bayramzadə gətirilib. 49 yaşlı A.Bayramzadə bir müddət əvvəl bu vəzifəyə təyinat alıb.

O, 2006-2025-ci illər ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində baş məsləhətçi - baş əmək müfəttişi, rəis müavini və rəis vəzifələrində müxtəlif rayonlar üzrə xidmət göstərib, rəhbər vəzifələrdə çalışıb.

Qeyd edək ki, komitə sədrinin digər müşaviri Amil Cavadovdur.

Anar Kəlbiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
118
4
unikal.az

5Mənbələr