Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Vətənimiz və erməni kilsəsi çətinliklərdən və böyük sınaqlardan keçir”
"Kilsə sadəcə daş tikili deyil, xalqımızın birliyidir. Kilsə sizsiniz". AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Marseldəki Srbots Tarqmançats kilsəsində bütün ermənilərin katolikosu II Qaregin deyib.
Bildirib ki, Ermənistan hakimiyyətinin anti-kilsə siyasəti son dərəcə narahatedicidir: "Vətənimiz və erməni kilsəsi çətinliklərdən və böyük sınaqlardan keçir. Çətinliklərə və sınaqlara qarşı mübarizədə hamımızı gücləndirən kilsədir. Kilsə sadəcə daş tikili deyil, mömin xalqımızın birliyidir. Kilsə sizsiniz, əziz möminlər, öz dindar həyatlarınız və Allaha xoş gələn əməllərinizləsiniz".
Bütün ermənilərin katolikosu “xalqın birliyi və inamı sayəsində bu məhkəmə prosesinin öhdəsindən gələcəyinə, bəd niyyətli hücumların zərərsizləşdiriləcəyinə ümidvar” olduğunu bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.