AZ

Hindistanda qadın uşaqlarını paxıllıq səbəbi ilə öldürməkdə ittiham olunur

Ajans.az xəbər verir ki,bu barədə The Times of India məlumat yayıb. Hadisə, Vidhi adlı altı yaşlı qızın toy mərasimi zamanı vannada ölməsi ilə ortaya çıxıb. Polis məlumatına görə, Punam son iki il ərzində öz qızı və digər üç uşağı öldürdüyünü etiraf edib. O, bütün qurbanlarını vannalarda və ya su qablarında boğub və əvvəlcə onların ölümlərini faciəvi qəza kimi təqdim etməyə çalışıb. Araşdırmalara görə, cinayətlər uşaqlara qarşı daxili paxıllıq səbəbindən törədilib. Punam iddia edib ki, zərər verdiyi uşaqlar “öz uşaqlarından daha gözəl” idi. Məlum olub ki, 2023-cü ilin yanvar ayında o, baldızı qızı doqquz yaşlı İşikanı boğub, sonra isə cinayətin şahidi ola biləcək üç yaşlı oğlu Şubhamı öldürüb. 2024-cü ilin avqust ayında isə Punam əmisi oğlunun qızı altı yaşlı Jiyanı toy mərasimi zamanı boğub. Müstəntiqlər bildiriblər ki, qadın qızı su gətirmək bəhanəsi ilə anbara aparıb, boğub və qapını kilidləyərək şənliyə geri qayıdıb. Hazırda araşdırmalar davam edir və Punam üçün qabaqlayıcı tədbirlər görülüb.

 

Seçilən
125
Ajans.az

1Mənbələr